İslamiada: Azərbaycan millisi yarımfinala yüksəldi

İslamiada: Azərbaycan millisi yarımfinala yüksəldi

23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığma B qrupundakı sonuncu - 3-cü sınağında Mərakeş seçməsi ilə üz-üzə gəlib. "Konya Cumhuriyet" stadionunda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Samir Əliyevin baş məşqçi olduğu kollektivdən qolları 5-ci dəqiqədə İsmayıl İbrahimli və 49-cu dəqiqədə penaltidən Rüfət Abdullazadə vurub. Rəqibdən isə 11-ci dəqiqədə Reda Slim və əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Hamza Reqraqui fərqlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrup 2-cisi kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, bundan əvvəl millimiz Səudiyyə Ərəbistanına uduzub (0:1), İranın turnirə qatılmaması səbəbindən texniki qələbə qazanıb (3:0).

***

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın U-23 yığması  qrup mərhələsində son oyununu keçirəcək. Samir Əliyevin çalışdırdığı kollektiv Mərakeş komandası ilə qarşılaşacaq.  "Konya Cumhuriyet” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

Qeyd edək ki, bundan əvvəl millimiz Səudiyyə Ərəbistanına uduzub (0:1), İranın turnirə qatılmaması səbəbindən texniki qələbə qazanıb (3:0). Mərakeş də həmçinin İran üzərində eyni qaydada qələbə qazanıb, Səudiyyə Ərəbistanına uduzub (0:2). Yarımfinala vəsiqə üçün Azərbaycan futbolçularına heç-heçə də sərf edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər