İngiltərə nəhəngi Macarıstan millisinin üzvü ilə anlaşdı - SON DURUM

İngiltərə nəhəngi Macarıstan millisinin üzvü ilə anlaşdı - SON DURUM

Macarıstan millisinin və "Bornmut"un müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçib. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, tərəflər sövdələşməni yekunlaşdırıblar. 21 yaşlı macar oyunçunun "Liverpul"la 2030-cu ilə qədər müddətə müqavilə imzaladığı bildirilir. Kerkez "Liverpul"a keçmək üçün başqa klublardan gələn üç təklifi rədd edib. 

Müdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" Kerkezin dəyərini 45 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər