I Liqa: "Şəfa"nı yenə dayandıran olmadı, mərkəzi oyunda "Mingəçevir" güldü

I Liqa: "Şəfa"nı yenə dayandıran olmadı, mərkəzi oyunda "Mingəçevir" güldü

Azərbaycan I Liqasında XVII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə üç matç baş tutub. 

Lider "Şəfa" "Şahdağ Qusar"la oyunda 3 xala sevinərək liderliyini möhkəmləndirib. 

İlk "üçlük"də qərarlaşan "Baku Sportinq" ilə "Mingəçevir"in duelində isə bölgə təmsilçisi son dəqiqə qolu ilə qələbəni bayram edib. 

Nəhayət, iddalılardan "Zaqatala" autsayder "Şimal"ı sınağa çəkib. Yeddi qolun vurulduğu görüşdə Xaçmaz təmsilçisi qələbə qazanıb. 

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası XVII tur 5 mart 

“Baku Sportinq” – “Mingəçevir” 0:1 Qol: Q.Əlizadə, 90+2.

“Şəfa” – “Şahdağ Qusar” 2:1 Qollar: T.Quliyev, 58. N.Əliyev, 65 - A. Kulibali, 90+2.

“Zaqatala” – “Şimal” 3:4 Qollar: A.Babazadə, 27. R.Şabanov, 45. S.Abdullayev, 48 - C.Şahbazlı, 7. A.Qla, 33. N.Osmanov, 58; 89.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər