Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Fanat.az xəbər verir ki, UEFA onu futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək matça təyin edib.
Belə ki, Məmmədov sentyabrın 24-də, Almere şəhərində keçiriləcək Hollandiya - Bosniya və Hersoqovina oyununun hakim-inspektoru olacaq.
Fanat.az