Küveytdə "Əl Ərəbi" və "Əl Nasir" klubları arasında keçirilən matçda hakimlə futbolçular dava edib. Fanat.az xəbər verir ki, qarşılaşmanı idarə edən Səid Əl Fadhlinin "Əl Nasir"in əleyhinə penalti təyin etməsi aranı qarışdırıb.
Penaltinin haqsız olduğunu düşünən futbolçular hakimə hücum edib. Belə olan halda referi futbolçulardan birini vurub. Həmin oyunçu yerə yıxılandan sonra komanda yoldaşları hakimi döymək istəyib.
Daha sonra iki futbolçunu meydandan qovan hakim penalti qərarını yerinə yetirib və qol vurulub.
Fanat.az