Hafiz Məmmədov "Lans"ın səhmlərindən imtina etdi

Hafiz Məmmədov "Lans"ın səhmlərindən imtina etdi

Azərbaycanlı iş adamı Hafiz Məmmədov Fransanın "Lans" futbol klubundakı səhmlərinin böyük hissəsindən imtina edib. "Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, H.Məmmədov klubun səhmdarı kimi qalmağa razılıq verib.

Amma onun payı azalıb. Əvəzində kluba avropalı sərmayəçi tapılıb. "Lans"ın prezidenti Jerve Martel həmin şəxsin 3 il müddətinə 21 milyon avro sərmayə qoymağa hazır olduğunu bildirib. 

Onun sözlərinə görə, məbləğ hər ilə bərabər bölünəcək. Lakin J.Martel həmin şəxsin adını açıqlamayıb. Klub prezidenti, sadəcə, yeni himayəçinin aprelin 15-dən işə başlayacağını dilə gətirib.

Qeyd edək ki, 2015-ci ilin sonlarında "Lans"ı belçikalı iş adamı Qreqori Makenin himayəyə götürəcəyi bildirilirdi. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər