Güvənc Kurtar "Neftçi" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi cavab oyununda üstünlüklərinin olacağını deyib:
"Kubokda iki oyun olur. Finala çıxacağımıza inanıram. Bu oyunda qol vurmaq istəyirdik. İkinci hissədəki əvəzetmələr də bu məqsədlə edilmişdi, risk etdim. "Neftçi" ilk hissədə bizə oynamağa imkan vermədi. İkinci hissədə isə ötürmələrdə daha yaxşı idik, lazım olan qolu vurduq. Cavab oyununda üstünlüyümüz olacaq.
Premyer Liqada bazar günü oyunumuz var. Heyətimizdə cəmi 15 futbolçu var, qalanları əsasən gənc oyunçulardı. Tyaqonun qoldan sonra sevincini görmədim. Futbolçu qol vuranda sevinə bilər, lakin bununla rəqib azarkeşləri qıcıqlandırmamalıdı. Eyni gəminin içindəyik, lazımi tədbirlər görəcəyik. Cərimə zərbələrini çox bərbad yerinə yetirdik, belə hallar adamı dəli edir.
Ayaz Mehdiyevi də ona görə əvəzlədim ki, keçən həftə qrip idi, oynamadı. Amma oyunun sonlarına yaxın bizə "diri" adam lazım idi. O, perspektivli futbolçudu, inanıram ki, gələcəkdə Azərbaycan millisinə layiq oyunçu olacaq.
Bu gün bizdə standard vəziyyətlərdən istifadə edə bilmədik. Bugünki standard vəziyyətlər biabırçılıqdır. Az qala bu toplar belə məni dəli edəsi idi. Bu gün heç birini yerinə yetirə bilmədik
Prezidentimiz çox yaxşı insandı. Özünü sadəcə bir dəfə Azərbaycana gələndə gördüm. Amma rəhbərlik istədiyimi edir. Düzdü, bəzi sıxıntılarımız var. Ancaq bir bazamız olduqdan sonra bunlar da həllini edəcək".
Fanat.az