"Stadionda artıq bəzi işlər görülüb. Meydança artıq yavaş-yavaş yaşıllaşmağa başlayıb. İşçilərimiz təmizlik işləri ilə məşğuldu". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in prezidenti Mehman Allahverdiyev deyib.
Mehman bəy ev oyunlarını Gəncədə keçirmək istədiklərini bildirib: "Çalışırıq ki, ev oyunlarımızı doğma şəhərdə oynayaq. Çünki Gəncə futbol şəhəridi. Futbol azarkeşlər üçün oynanılır. Onlar da futbol üçün darıxıblar".
Qeyd edək ki, Gəncə stadionunda yenidənqurma işləri getdiyindən "Kəpəz" məşqlərini Samux rayonunun Aşağı Ağasbəyli kənd stadionunda keçirir.
Fanat.az