Estoniya - Azərbaycan oyunu 12 yaşlı stadionda

Estoniya - Azərbaycan oyunu 12 yaşlı stadionda
Noyabrın 15-də Azərbaycan milli komandası Estoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Fanat.az xəbər verir ki, artıq qarşılaşmanın keçiriləcəyi stadion müəyyənləşib. Estoniya - Azərbaycan yoldaşlıq görüşü Tallinn şəhərindəki "A. Le Coq Arena"da təşkil olunacaq.
Qeyd edək ki, "A. Le Coq Arena" 2001-ci ildə istifadəyə verilib. Paytaxt Tallinndəki stadionun azarkeş tutumu 9692 nəfərdi. 12 yaşlı arenada "Flora" klubu ev oyunlarını keçirir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər