“Elə Lüksemburqun futbolçuları da azərbaycanlılar kimi danışırdı”

“Elə Lüksemburqun futbolçuları da azərbaycanlılar kimi danışırdı”

“Lüksemburqla oyundan sonra tam bərpa olmamışıq. Cəmi 2-3 saat yatmaq imkanımız olub. Çətin oyun alındı. Rəqibə heç bir şans vermədik”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının üzvü Dmitri Kombarov deyib.

Yarımmüdafiəçi Portuqaliyanın İsraillə ev oyununda xal itirməsinə sevindiyini gizlətməyib: “Bu xəbərə hamımız çox sevindik. Amma biz hələ özümüzü dünya çempionatına çıxmış hesab etmirik. Növbəti oyunda da qələbə qazanmaq lazımdı. Ondan sonra sevinmək olar”.

Orta xətt oyunçusu Bakıya qələbə dalınca gələcəklərini vurğulayıb: “Gücümüzə əminik. Ona görə də Bakıya qələbə üçün gedəcəyik. Əlbəttə, qrupu birinci pillədə başa vurmaq üçün Azərbaycanla heç-heçə də yetərlidi. Amma biz 3 xalı hədəfləmişik. Azərbaycan yığmasının demək olar, hər bir üzvü Rusiyanı məğlub etmək istədiklərini deyib? Belə açıqlamaları Lüksemburq yığmasının oyunçuları da vermişdilər. Onlara pul mükafatı da vəd olunub. İkiqat əzmlə çalışacaqlar. Təbii, bizim öz planlarımız var”.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər