Eddi İsrafilovun komandasıLa Liqa yolunda

Eddi İsrafilovun komandasıLa Liqa yolunda

İspaniya Sequndasında XXXIX tur davam edir. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” evdə “Kordoba”yla qarşılaşıb.

 

Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar 1:1 hesablı bərabərliyə razılaşıblar. Matça ehtiyat oyunçular skamyasında İsrafilov oyunun sonuna 15 dəqiqə qalmış meydana daxil olub.

 

Qeyd edək ki, 39 oyundan sonra hesabında 60 xal olan “Kadis” 22 komanda arasında 5-ci pillədə qərarlaşıb. Sona 3 tur qalmış “sarılar”ın La Liqaya çıxmaq üçün pley-offlarda çıxış etmək şansları davam edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər