İspaniya La Liqasına vəsiqə uğrunda pley-off matçları davam edir. Fanat.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kordoba” "Jirona” ilə üz-üzə gəlib.
Eddinin komandası səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, öz meydanında "Jirona"ya eyni hesabla uduzub. Qalibi müəyyənləşdirmək üçün oynanılan əlavə vaxtda isə qonaqlar daha bir qol vuraraq növbəti mərhələyə adlayıb. İsrafilov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Xatırladaq ki, "Jirona” La Liqaya vəsiqə uğrunda iyunun 15-də və 18-də "Osasuna” ilə qarşılaşacaq.
Fanat.az