Duşan Tadiç: "Azərbaycan millisini məğlub etməliyik!"

Duşan Tadiç: "Azərbaycan millisini məğlub etməliyik!"

Serbiya millisinin və "Ayaks"ın yarımmüdafiəçisi Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyun ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az "Sputnik Serbiya" saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Lüksenburqa qarşı keçirdikləri oyunun nəticəsindən narazı qaldığını da dilə gətirib:

"Lüksemburqa qarşı daha yaxşı oynamalı idik, nəticə məni qane etmədi. Amma rəqib də yaxşı idi. Lüksemburqla olan oyunu (1:0) unutmalıyıq. Yaxşı və ya pis əsas odur ki, üç xal qazandıq. İndi qarşıdakı oyuna hazırlaşırıq. Azərbaycan millisini məğlub etməliyik. Sonra Portuqaliyaya hazırlaşacağıq" 

Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək.

Emin Şəmsiyev 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər