Dmitri Kruqlov: "Azərbaycan üzərində layiqli qələbə qazandıq"

Dmitri Kruqlov: "Azərbaycan üzərində layiqli qələbə qazandıq"
"Azərbaycan meydanda yaxşı hərəkət edirdi, topa sahib olmağa çalışırdı. Amma biz bu oyunda qalib gəlməyə borclu idik. Komandamız daha çox qol epizodu yaradırdı. Fikrimcə, layiqli qələbə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının üzvü Dmitri Kruqlov deyib.
"Neftçi" və "İnter"in sabiq üzvü ikinci yarıda daha yaxşı oynadıqlarını bildirib: "Fasilədə söz verdik ki, ikinci hissədə daha yaxşı oynayaq. İlk hissənin sonlarında qol buraxsaq da, bu komandada çaxnaşma yaratmadı. İkinci hissədə meydana çıxdıq və layiqli mübarizə apardıq. Xeyli qol epizodları yaratsaq da, bunların cəmi ikisini qola çevirə bildik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər