"Azərbaycan səviyyəli futbolçuları olan yaxşı komandadı. Son nəticələr onların güclü olduğunu göstərir. Rusiya ilə heç-heçə, Şimali İrlandiya üzərində qələbə buna sübutdu". Fanat.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının üzvü Dmitri Kruqlov deyib.
Hazırda "Levadiya"da çıxış edən "Neftçi" və "İnter"in sabiq üzvü iki komandanın fərqli oyun sərgilədiyini bildirib: "Biz maraqlı oyun gözləyirik. Belə ki, Azərbaycan və Estoniya yığmalarının fərqli oyun üslubu var".
Qeyd edək ki, 2008-2010-cu illərdə "Neftçi"də (53 oyun, 3 qol) forma geyinən 29 yaşlı müdafiəçi 2010-2011-ci illərdə "İnter"də (32 oyun, 2 qol) çıxış edib.
Fanat.az