Daha iki azərbaycanlı Türkiyə klubunda

Daha iki azərbaycanlı Türkiyə klubunda

Azərbaycanlı futbolçuların Türkiyə birinci liqasına axını davam edir.

Qol.Az-ın məlumatına görə, Türkiyənin "Qaziantep BB" klubu iki azərbaycanlı futbolçunu baxışa dəvət edib.

"Bakı" klubunun sabiq futbolçusu, son mövsümü "Kəpəz"də keçirən Cəmşid Məhərrəmov və "Zenit" futbol məktəbinin yetirməsi Tural Hümbətov hazırda Qaziantep təmsilçisində baxışdadır.

Hər iki futbolçu iyulun 13-nə qədər komandanın təlim-məşq toplanışına qatılacaq və məşqçilər heyətinin qərarı ilə həmyerlilərimizlə danışıqlara başlanacaq.

Qeyd edək ki, millimizin futbolçularından Arif İsayev, Saşa Yunisoğlu "Dənizlispor"da, Branimir Subaşiç isə hazırda "Orduspor"da çıxış edir.  

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər