Daha bir belçikalı ulduz Azərbaycan millisinə qarşı oynamayacaq

Daha bir belçikalı ulduz Azərbaycan millisinə qarşı oynamayacaq

Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Bröyne AÇ-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı oynaya bilməyəcək. 

Fanat.Az "hln.be" saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin 32 yaşlı oyun qurucusu İPL-in 1-ci turunda - səfərdə "Börnli"ni 3:0 hesabı ilə yendikləri görüşdə dizindən zədə alıb və 23-cü dəqiqədə yerini Mateo Kovaçiçə buraxmaq məcburiyyətində qalıb

İlkin ehtimallara əsasən, Kevin azı 2 ay zədəsinin bərpası ilə məşğul olacaq.  

Daha öncə Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua "Real Madrid"in məşqində sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

 Qeyd edək ki, Azərbaycan - Belçika oyunu sentyabrın 9-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər