Futbolçularımızın Türkiyəyə axını davam edir. Fanat.az xəbər verir ki, daha 3 azərbaycanlı futbolçu qardaş ölkəyə yollanıb.
Bu dəfə “Çorumspor” ölkəmizə üz tutub. Bu barədə klubun prezidenti Rumi İspanak açıqlama verib. Klub rəhbəri bildirib ki, Haqverdi Həsənov ötən həftə keçirilən seleksiya toplanışından uğurla keçib və komandada qalacaq. Ondan başqa Ceyhun Fətəliyev və İsrafil Qarayev komandanın hazırlıqlarına qoşulacaq. Bu futbolçularla baş məşqçi Sunat Güneşin istəyinə uyğun olaraq müqavilə imzalanacaq.
Son olaraq “Çorumspor”a qoşulan Ceyhun və İsrafil komandada qalmaq istədiklərini bildirərək, baş məşqçinin etimadını qazanmaq üçün məşqlərdə səylə çalışacaqlarını və əllərindən gələni edəcəklərini bildiriblər.
Qeyd edək ki “Çorumspor” 1967-ci ildə yaradılıb. Çorumu təmsil edən klub 2012/13 mövsümündə çıxış etdiyi TFF 3-cü liqanın 1-ci qrupunda son üçlüyə daxil olaraq aşağı liqaya yuvarlanıb. Komanda yeni mövsümdə Regional Həvəskarlar Liqasında çıxış edəcək.