Cüneyt Çakır Azərbaycan millisinin oyununda

Cüneyt Çakır Azərbaycan millisinin oyununda
Məşhur türk hakim Cüneyt Çakır Azərbaycan millisinin oyununa təyinat alıb. 
Fanat.Az türk mediasına istinadən xəbər verir ki, referi Antalyadakı "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya yoxlama oyununda videotəkrara (VAR) nəzarət edəcək. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.
Xatırladaq ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.
Qeyd edək ki, oyun martın 27-si baş tutacaq və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər