Canni de Byazinin Azərbaycan millisindən qovulacağı tarix açıqlandı

Canni de Byazinin Azərbaycan millisindən qovulacağı tarix açıqlandı

Milli komandamızın baş məşqçisi Canni de Byazinin postunu tərk edəcəyi tarix açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə İrlandiya mediası məlumat yayıb. Həmkarlarımız iddia edib ki, italiyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi başa çatandan sonra Azərbaycan millisindəki postunu tərk edəcək.

De Byazinin Albaniya və Azərbaycan millilərindəki fəaliyyətini analiz edən irland jurnalistlər onun yığmamızda uğursuz olduğunu qeyd edib və ilin sonunda yola salınacağını yazıblar.

Qeyd edək ki, seçmə mərhələnin ilk 3 oyununda xal qazana bilməyən millimiz bu gün İrlandiya ilə səfərdə, sentyabrın 7-də isə Portuqaliya ilə evdə qarşılaşacaq. Komandamız seçmə mərhələdə son matçını noyabrın 11-də Bakıda Lüksemburqa qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər