Bomba iddia: "Messi La Liqada oynayacaq"

Bomba iddia: "Messi La Liqada oynayacaq"
"Mançester Siti"nin futbolçusu Alvaro Neqredo maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, ispan forvard Lionel Messinin bir gün Premyer Liqada forma geyinəcəyini bildirib.
Daha öncə La Liqanın Mesut Özil, Serxio Aquero, Yay Ture kimi bir çox ulduzun Premyer Liqaya yollandığını bildirən Neqredo "Bu mənim proqnozumdu, ancaq Messinin İngiltərəyə gələcəyinə inanıram. Bəlkə 2, bəlkə də 5 il sonra, amma gec-tez La Liqadan bezəcək və dəyişiklik imstəyəcək. O zaman seçimini İngiltərənin leyhinə edəcək. Messi kimi bir çox ulduz Premyer Liqanı seçdi. Santi Kazorla, David Silva, Xuan Mata, Mesut Özil, Serxio Aquero, Yay Ture, David de Gea və mən" deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər