"Bayern Münhen" DÇ-də diz bağları qopan futbolçusuyla bağlı qərar verdi

"Bayern Münhen" DÇ-də diz bağları qopan futbolçusuyla bağlı qərar verdi

Almaniyanın "Bayern Münhen" klubu futbolçusu Lukas Hernandeslə müqavilə yeniləməyə hazırlaşır. 

Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq sözləşmənin detalları barədə şifahi razılığa gəlib.

26 yaşlı Hernandesin Qətərdəki dünya çempionatının ardından yeni anlaşmaya imza tacağı bildirilib

Qeyd edək ki, Fransa millisində çıxış edən Lukas DÇ-2022-nin I turunda - Avstraliyanı 4:1 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Sağ dizinin çarpaz bağları qırılan oyunçu artıq əməliyyat olunub. Onun "Bayern" ilə indiki müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər