"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi BATE bu gün Bakıya gəlir.
Fanat.Az xəbər verir ki, Belarus klubu ölkəmizə 20 futbolçu gətirir.
Qapıçılar: Aleksey Çernıx, Anton Çiçkan, Denis Şerbitski
Müdafiəçilər: Zaxar Volkov, Maksim Volodka, Nemanya Milunoviç, Aleksey Rios, Yeqor Filipenko, Aleksandar Filipoviç, Yevgeni Yablonski
Yarımmüdafiəçilər: Dmitri Baqa, Yevgeni Berezkin, Aleksandr Qleb, Stanislav Draqun, Mirko İvaniç, İqor Staseviç
Hücumçular: Vladislav Muxamedov, Nikolay Siqneviç, Maksim Skaviş, Yasse Tuominyen
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – BATE oyunu sabah 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Borisovda olacaq.
Fanat.Az