"Barselona"nın ulduzu rəsmən "İnter"də

"Barselona"nın ulduzu rəsmən "İnter"də
"Barselona"dan ayrılan Arturo Vidalın "İnter"ə komandasına keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı xəbər yayıb. Çilili futbolçu ilə 2 illik müqavilə imzalanıb. Klub 33 yaşlı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Vidal "Barselona"ya 2018-ci ilin yayında "Bavariya"dan 18 milyon avro qarşılığında keçmişdi. O, əvvəllər Çilinin "Kolo-Kolo", Almaniyanın "Bayer" və İtaliyanın "Yuventus" klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər