Bakıda "At gücü" yarışı keçiriləcək

Bakıda "At gücü" yarışı keçiriləcək

Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək!

Fanat.Az xəbər verir ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunacaq.

Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.

Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər