“Azərbaycanlılar torpağı gəmirəcəklər”

“Azərbaycanlılar torpağı gəmirəcəklər”

“Oyuna köklənmək baxımından problem olacağına inanmıram. Ancaq Bakıda heç-heçə etsək pis olmayacam. Axı 1 xal millinin Braziliyaya birbaşa yollanmasına bəs edəcək.”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının sabiq hücumçusu Sergey Yuran deyib.

Bir müddət öncə “Simurq”da baş məşqçi olan Yuran daha sonra əlavə edib: “Azərbaycanlılar “böyük qardaş”a badalaq vurmaq üçün əlindən gələni edəcək. Oyuna yaxşı kökləniblər. Şimali İrlandiya üzərində qələbəni, Rusiya ilə matçda uğurlu nəticə qazanacaqları halda, vəd olunan mükafatı da unutmayaq. Onlar yaxşı sonluq naminə torpağı da gəmirəcəklər, əmin olun. Oyun çox çətin alınacaq. Amma uduzacağımızı düşünmürəm”.

O, proqnoz verməyi də özünə borc bilib: “Məncə, 1:0 və ya 2:1 hesabı ilə qalib gələcəyik. Azərbaycanlılarla oynamaq həmişə çətindi. Berti Foqts praqmatik futbola üstünlük verir. Rəqib yaxşı təşkilatlanmış kollektivdi. Mərkəzi bağlayacaqlarına şübhə etmirəm. Cinahlarda yer alan kreativ oyunçularımızın əməyindən faydalanmalıyıq”

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər