19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Elvin Bədəlov "Zenit"in heyətində iki oyun keçirib. Fanat.az xəbər verir ki, Sankt-Peterburq klubunun gənclərdən ibarət komandasında çıxış edən futbolçumuz "Rostov" və "Krılya Sovetov"a qarşı oynayıb.
"Rostov"la matçda start heyətində yer alan Elvin 90 dəqiqə oynayıb və 14-cü dəqiqədə sarı vərəqə alıb. Matç 2:2 hesabı ilə başa çatıb.
"Krılya Sovetov"la matçda da Bədəlov meydana start heyətində çıxıb. Həmyerlimiz bu dəfə 78-ci dəqiqədə əvəzlənib. Oyun Samara təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, iki oyunda "Zenit"in vurduğu üç qoldan ikisinə komandanın digər azərbaycanlı üzvü, Rusiya vətəndaşlığı daşıyan və bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinən Ramil Şeydayev imza atıb.