Azərbaycanlı iş adamı türk klubunun rəhbərliyində

Azərbaycanlı iş adamı türk klubunun rəhbərliyində
Azərbaycan əsilli iş adamı, Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab "Trabzonspor"un İdarə Heyətinə gətiriləcək. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, klubun nəzərdə tutulan hesabat-seçki konfransında İdarə Heyətinə iki yeni iş adamı daxil olacaq. Bunlardan biri Rza Zərrab, digəri isə Ali Ağaoğludu.  
Türkiyə mətbuatı azərbaycanlı iş adamının cari mövsümdə "Trabzonspor"a böyük məbləğdə maliyyə yardımı etdiyini yazıb. Həmkarlarımızın iddiasına görə, o, özü də klub rəhbərliyində təmsil olunmağın əleyhinə deyil.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər