Azərbaycanlı futbolçunu "Zenit"in əsas heyətində

Azərbaycanlı futbolçunu "Zenit"in əsas heyətində

“Zenit”in yeni baş məşqçis Mirça Luçesku azərbaycanlı futbolçu Ramil Şeydayevlə bağlı qərar verib. 

Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rumın mütəxəssis onu əsas komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün heyətinə cəlb edib. Bunadək "Zenit-2"də çıxış edən Ramil Şeydayev hazırlıq prosesinə gedəcək 8 hücumçu sırasında yer alıb.

Qeyd edək ki, toplanış çərçivəsində “Zenit” dörd yoxlama oyunu keçiriəcək. Onlardan birinin Azərbaycan çempionu “Qarabağ” olduğu bildirilir.

Onu da bildirək ki, Ramil Şeydayev Azərbaycan millisində oynamaqdam imtina edərək Rusiya yığmasını seçib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər