Azərbaycanlı futbolçu rəsmən Litva klubunda

Azərbaycanlı futbolçu rəsmən Litva klubunda

İlqar Nəbiyevin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçu karyerasını Litva çempionatında davam etdirəcək.

Belə ki, futbolçumuz “Tauras” klubuna keçib. O, Litva təmsilçisi ilə 6 aylıq müqavilə bağlayıb.

Qeyd edək ki, İlqarın son iş yeri Moldovanın “Nistru” klubu olub. O, ötən mövsümün ikinci dövrəsində keçdiyi komandada 4 oyuna çıxaraq 222 dəqiqə oynayıb. İlqar əvvəllər Türkiyənin “Bursaspor” klubunun əvəzedici komandasında və “Karvan”da forma geyinib.

“Tauras” futbol klubu 1942-ci ildə yaradılıb. Komanda ev oyunlarını 3500 azarkeşl tutumu olan “Vitautas” stadionunda keçirir. “Tauras”un yeni baş məşqçisi Ramazan Silindi. Türk mütəxəssis əvvəllər Türkiyədə “Erzincan Refahiyyəspor”, “Karsspor”, “Aydıyamanspor”, “Şekerspor”, “Siirtspor”, “Hatayspor” və “Ankara Dəmirspor” klublarını çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər