Azərbaycanlı futbolçu Ramil Şeydayev "Zenit"in əsas komandasında debüt edib. Fanat.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasının "Mordoviya" ilə oyununda meydana çıxıb.
Oyun "Zenit"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ramil 81-ci dəqiqədə Daniel Qomesin yerinə meydana çıxıb.
Qeyd edək ki, Şeydayev "Zenit"in gənclərdən ibarət komandasında çıxış edir. O, cari mövsümdə keçirdiyi 14 oyunda 13 qola imza atıb.
Ramil Rusiyanın Sankt-Peterburq şəhərində anadan olsa da, əslən azərbaycanlıdı. Ötən il 19 yaşadək millimizə dəvət edilməsi nəzərdə tutulsa da, futbolçunun özü Rusiya yığmasını seçib.
Fanat.az