Azərbaycanlı futbolçu Litvada iki oyun keçirdi

Azərbaycanlı futbolçu Litvada iki oyun keçirdi

İlqar Nəbiyev Litvanın “Tauras” klubunda debüt edib. Fanat.az xəbər verir ki, Taurage təmsilçisi ilə yenicə müqavilə bağlayan futbolçumuz 2 oyunda meydana çıxıb.

20-ci turda “Tauras” “Jalgiris”in qonağı olub və 0:3 hesabı ilə uduzub. Həmin matçda İlqar meydana 60-cı dəqiqədə çıxaraq, 30 dəqiqə oynayıb.

21-ci turun “Şiaulyay”la oyununda isə Nəbiyev start heyətində yer alıb. Futbolçumuz 55-ci dəqiqədə əvəzlənib. “Tauras” bu oyunda 1:3 hesabı ilə yenilib.

Qeyd edək ki, “Tauras” 21 turdan sonra turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər