AZAL-ın serbiyalı futbolçusu Vladimir Boqdanoviç karyerası qədər şəxsi həyatı da zəngindi. Fanat.az rekord.az saytına istinadən xəbər verir ki, Vladimir hazırda Miliça Manoyloviçlə evlidi.
Kifayət qədər cazibədar və gözəlliyi ilə diqqət çəkən bu xanım indi də Serbiyada yaşayır. Maraqlıdı ki, həyat yoldaşı Azərbaycanda çıxış etməsinə baxmayaraq, Miliça işləri ilə əlaqədar Belqraddan ayrıla bilmir. Belə olan halda cütlük ancaq qısa vaxt kəsiyində bir-birilərini görür. Onların bu izdivacdan 1 oğlanları var.