Fransız şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş film çəkilir. Fanat.az xəbər verir ki, informasiyanı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrəylə yanaşı, Azərbaycanda da aparılır. Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.
Qeyd edək ki, filmdə 1930-cu ildə Uruqvayda keçirilən ilk DÇ-nin təşəbbüskarlarından olan mərhum FİFA başqanı Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye oynayır.
Fanat.az