Azərbaycanda 8-12 yaşlı uşaqlar üçün seçim turu keçiriləcək

Azərbaycanda 8-12 yaşlı uşaqlar üçün seçim turu keçiriləcək

Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının dəstəyi ilə Bakcell şirkətin tərəfindən Bakıda və Azərbaycanın bir sıra regionlarında (Mingəçevir, Lənkəran və Sumqayıt) seçim turları təşkil olunur. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda -  “Bakcell Arena”da təşkil olunacaq və “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplanışında iştirak edə biləcəklər.

Seçim turları barədə məlumatı diqqətinizə çatdırırıq:

13 iyun, saat 14:00-dan 18:00-dək - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat

14 iyun, saat 09:00 - Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda qeydiyyat və seçim turu

16 iyun, saat 14:00-dan 18:00-dək - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat

17 iyun, saat 09:00 - Lənkəran Olimpiya Kompleksinin stadionunda qeydiyyat və seçim turu

18 iyun, saat 14:00-dan 18:00-dək - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat

19 iyun, saat 09:00 - Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-ci binanın qarşısında AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada qeydiyyat və seçim turu

20 iyun, saat 14:00-dan 18:00-dək - Bayıl stadionunda qeydiyyat

21-22 iyun, saat 09:00 - Bayıl stadionunda qeydiyyat və seçim turu

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər