Polşanın paytaxtı Varşavada keçirilən komandalararası Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, dünən kişi və qadın yığmalarımız 8-ci turun oyunlarını keçiriblər.
Kişi şahmatçılarımız Yunanıstanrı sınağa çəkib və 2,5:1,5 hesablı qələbə qazanıblar. Rauf Məmmədovun qələbə qazandığı turda digər təmsilçilərimiz heç-heçə edib. Hazırda yığmamızın aktivində 13 xal var.
Qazın şahmatçılarımız isə İngiltərə ilə qarşılaşıb və 2,5:1,5 hesablı qələbəyə sevinib. Yığmamızın aktivində 8 xal var.
Azərbaycan - Yunanıstan 2,5:1,5
Şəhriyar Məmmədyarov - Xristos Banikas 0,5:0,5
Teymur Rəcəbov - İoannis Papaioannu 0,5:0,5
Eltac Səfərli - Dimitrios Mastrovasilis 0,5:0,5
Rauf Məmədov - Vasilios Kotronias 1:0
Azərbaycan - İngiltərə 2,5:1,5
Gülnar Məmmədova - Sabrina Şevanye 1:0
Zeynəb Məmmədyarova - Anya Kork 0:1
Xəyalə Abdulla - Meri Qriqoryan 1:0
Türkan Məmmədyarova - Kanval Batya 0,5:0,5
Fanat.az