Azərbaycan yığması dünya çempionatına hazırlığa başladı

Azərbaycan yığması dünya çempionatına hazırlığa başladı

Azərbaycan taekvondo yığması dünya çempionatının hazırlığına start verib. Bu barədə apasport.az saytına məlumatı kişilərdən ibarət milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev verib. 

Onun sözlərinə görə, Meksikanın Puebla şəhərində keçiriləcək yarışa hazırlığın ilk mərhələsi iyunun 19-da başa çatacaq: “Artıq 20 nəfərlik heyətlə Qəbələdə təlim-məşq toplanışındayıq. Dünya çempionatında uğurlu çıxış üçün federasiya bizə şərait yaradıb. İyunun 19-da yenidən Bakıya qayıdıb, komandaya 2-3 günlük istirahət verəcəyik”. 

İmaməliyev bildirib ki, istirahətin ardından növbəti hazırlığın Gürcüstanda keçirilməsi planlaşdırılıb: “Düzdür, qonşu ölkəyə yollanmağımız tam dəqiqləşməyib. Lakin çox güman Gürcüstanda hazırlığımızı davam etdirəcəyik. Bu komandamız üçün çox faydalı olacaq və təlim-məşq toplanışlarının bəhrəsini dünya çempionatında görəcəyik”. 

Qeyd edək ki, dünya çempionatı iyulun 15-21-də keçiriləcək. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər