Azərbaycan yığması 2013-cü ildə

Azərbaycan yığması 2013-cü ildə

Milli komandamız 2013-cü ili başa vurub. Fanat.az xəbər verir ki, yığma ilin son matçını Qırğızıstanla keçirib və 0:0 hesablı heç-heçəyə razılaşıb.

Berti Foqtsun başçılıq etdiyi millimiz başa çatmaqda olan ildə 12 oyuna çıxıb. Bunlardan 6-sı rəsmi (DÇ-2014-ün seçmə mərhələsinin oyunları), 6-sı yoldaşlıq matçı xarakteri daşıyıb.

Yığma 2013-cü ili 3 qələbə, 7 heç-heçə və 2 heç-heçə ilə başa vurub. Komandamız bu oyunlarda rəqib qapılarına 11 qol vurub, özü isə 8 dəfə məyus olub.

Qələbələrdən ikisi yoldaşlıq oyunlarında qeydə alınıb. Lixtenşteyn və Maltanı yenən millimiz rəsmi matçlarda yalnız Şimali İrlandiyaya qalib gəlib. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya yenilən komandamız növbəti məğlubiyyətini 4 gün əvvəl Estoniyadan alıb. Berti Foqtsun yetirmələri 2013-cü ildə yoldaşlıq matçlarında Özbəkistan, Qətər və Qırğızıstanla, rəsmi oyunlarda isə Lüksemburqla iki, İsrail və Rusiya ilə bir dəfə heç-heçə edib. 

Qeyd edək ki, bu ilin əvvəlinədək millmizi 191 oyun keçirmişdi. 2013-cü ildə baş tutan 12 matçdan sonra bu siyahı 203-ə çatıb.

Yoldaşlıq oyunları

Azərbaycan - Özbəkistan 0:0

1 fevral. Dubay. 

Azərbaycan - Lixtenşteyn 1:0

Qol: Vaqif Cavadov, 74-pen.

6 fevral. Dubay. 

Qətər - Azərbaycan 1:1

Qol: Rüfət Dadaşov, 89.

29 may. Doha.

Azərbaycan - Malta 3:0

Qollar: Rüfət Dadaşov, 5; 71. Rauf Əliyev, 64.

14 avqust. Bakı. 

Estoniya - Azərbaycan 2:1

Qol: Rauf Əliyev, 44.

15 noyabr. Tallinn.

Qırğızıstan - Azərbaycan 0:0

19 noyabr. Bişkek. 

Rəsmi oyunlar

Lüksemburq - Azərbaycan 0:0

22 mart. Lüksemburq. 

Azərbaycan - Portuqaliya 0:2

26 mart. Bakı. 

Azərbaycan - Lüksemburq 1:1

Qol: Ruslan Abışov, 71.

7 iyun. Bakı. 

İsrail - Azərbaycan 1:1

Qol: Rahid Əmirquliyev, 61.

7 sentyabr. Ramat Qan. 

Azərbaycan - Şimali İrlandiya 2:0

Qollar: Rüfət Dadaşov, 58. Mahir Şükürov, 90+5.

11 oktyabr. Bakı. 

Azərbaycan - Rusiya 1:1

Qol: Vaqif Cavadov, 90.

15 oktyabr. Bakı. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər