Azərbaycan yığması 2-ci oldu

Azərbaycan yığması 2-ci oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində ikinci yeri tutub. Final oyununda "Udineze" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. İtaliya təmsilçisinin qapısından topu Ruslan Nəsirli keçirib.

Xatırladaq ki, yığmamız qrup mərhələsində “Empoli” və “Trevizo” komandalarını, müvafiq olaraq, 3:0 və 2:1 hesabı ilə məğlub etmiş, yarımfinal qarşılaşmasında isə “Latsio” komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər