Azərbaycan - Yaponiya matçının vaxtı müəyyənləşdi

Azərbaycan - Yaponiya matçının vaxtı müəyyənləşdi
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin təqvimi müəyyənləşib. Fanat.az xəbər verir ki, 2014-cü ilin yanvarında baş tutacaq yarışda iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də oyunlarının vaxtı açıqlanıb.
C qrupunda mübarizə aparacaq yığmamız ilk matçını yanvarın 4-də Yunanıstana qarşı keçirəcək. İki gün sonra Çexiya ilə üz-üzə gələcək millimiz ayın 8-də Yaponiya ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər