“Azərbaycan xalqının duaları sayəsində uğur qazandım”

“Azərbaycan xalqının duaları sayəsində uğur qazandım”

Qazaxıstanın Almatı şəhərində yerli idmançı İvan Dıçkonu yenərək planetin ən güclüsü adını qazanan Məhəmmədrəsul Məcidov uğuru haqda danışıb. Fanat.az xəbər verir ki, bu çəki dərəcəsində (+91) rəqib tanımayan, finalda Dıçkoya nokautla qalib gələn idmançımız belə deyib: 

“Bəzi mütəxəssislər Olimpiadada italiyalı Roberto Kamarelliyə uduzmadığımı düşünürdülər. Ancaq o vaxt hakimlərin qərarı fərqli olmuşdu. İtaliyalı boksçudan revanş aldım. Ağır döyüş oldu. Kamarelle bu çəki dərəcəsində ən güclülərdən sayılır. Finala gəlincə, nokautla qalib gəlməyi planlaşdırmışdım. Həlledici zərbə endirmək üçün fürsət gözləyirdim.Azərbaycan xalqını sevindirdiyim üçün şadam. Onların duaları və dəstəyi sayəsində uğur qazandım”.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər