Dünən Türkiyənin Antalya şəhərində şahmat üzrə komandalararası dünya çempionatına start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisi ilk görüşünü ev sahiblərinə qarşı keçirib.
Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun qatılmadığı yarışda yığmamız 2,5:1,5 hesablı qələbə qazanıb. Rauf Məmmədov, Eltac Səfərli və Vasif Durarbəyli heç-heçə edib, Nicat Məmmədov rəqibindən üstün olub. İlk turda Qədir Hüseynovu ehtiyatda qalıb.
Türkiyə - Azərbaycan 1,5:1,5
Aleksandr İpatov (2630) - Rauf Məmmədov (2647) 0,5:0,5
Draqan Solak (2618) - Eltac Səfərli (2653) 0,5:0,5
Mustafa Yılmaz (2577) - Nicat Məmmədov (2616) 0:1
Barış Esen (2565) - Vasif Durarbəyli (2559) 0,5:0,5
Almaniya - Misir - 2,5:1,5
Hollandiya - Çin - 1,5:2,5
Ukrayna - ABŞ - 2,5:1,5
Rusiya - Ermənistan - 2:2
Fanat.az