“Xəzər Lənkəran”ın sabiq üzvü açıqlama verib. Fanat.az xəbər verir ki, “Atırau” ilə müqavilə bağlayan xorvat futbolçu Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə edib:
“Azərbaycan və Qazaxıstanda futbolun səviyyəsi ilbəil qalxır. Bu haqda öz təcrübəmə əsasən mühakimə yürüdürəm, çünki hər 2 ölkədə oynamışam. İki Qazaxıstan komandası qitə miqyaslı turnirlərdə son təsnifat mərhələsinə çıxıb. Hələ bir neçə il öncə heç kim inana bilməzdi ki, onlar Çempionlar Liqası və Avropa Liqasında qrupa çıxmaq uğrunda son mərhələdə çıxış edəcəklər”.