Azərbaycan təmsilçiləri ¼ finalda

Azərbaycan təmsilçiləri ¼ finalda

Teymur Rəcəbov latviyalı Aleksey Şirovu yenərək mübarizədən qalib ayrılıb. Fanat.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Latviyanın paytaxtı Riqada keçirilən rapid üzrə Peşəkar Şahmatçılar Assosiasiyasının (AŞP) Kubokunda 1/4 finalına yüksəlib. 

1/8 finalda Şəhriyar Məmmədyarov 1,5:0,5 hesabı ilə yerli qrossmeyster İqor Kovalenkonu yenib digər təmsilçimiz Teymur Rəcəbov latviyalı Aleksey Şirovu yenərək mübarizədən qalib ayrılıb.

1/4 finalda Məmmədyarovun rəqibi Ukraynanın keçmiş dünya çempionu Ruslan Ponomaryov olacaq. Rəcəbov isə rusiyalı Pyotr Svidlerlə qarşılaşacaq. AŞP Kubokuna sentyabrın 15-də yekun vurulacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər