Qadın voleybolçulardan ibarət milli komandamızın dünya çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Fanat.az xəbər verir ki, 2015-ci ildə keçiriləcək yarışın seçmə oyunları gələn ilin yanvarında baş tutacaq.
Millimiz yanvarın 3-də İsrail, bir gün sonra Estoniyanı sınağa çəkəcək. Qrupdakı son oyun - Azərbaycan - Serbiya matçı isə yanvarın 5-də keçiriləcək.
Qeyd edək ki, dünya çempionatının final mərhələsinə qrup qalibləri və 2 ən çox xal toplayan 2-ci yerin sahibələri çıxacaq.
1-ci tur (3 yanvar 2014)
16:00 Serbiya - Estoniya
19:00 Azərbaycan - İsrail
2-ci tur (4 yanvar)
16:00 Serbiya - İsrail
19:00 Estoniya - Azərbaycan
3-cü tur (5 yanvar)
16:00 İsrail - Estoniya
19:00 Azərbaycan - Serbiya
Fanat.az