Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu “Rabitə” Almaniyada “Dresdner”in qonağı olub.
Təmsilçimiz almanlara heç bir şans verməyib. Belə ki, "Rabitə" səfərdə 3:0 hesablı qələbə qazanıb. Bununla da Bakı klubu qrup liderliyini geri qaytarıb.
Voleybol
Çempionlar Liqası
III tur, A qrupu
27 noyabr
Dresdner (Almaniya) - Rabitə (Azərbaycan) 0:3 (19:25, 23:25, 20:25)
Hakimlər: Karin Zaharçova (Çexiya), Alin Mateyzer (Rumıniya).
Drezden, Marqon Arena.
| 1 | Rabitə | 3 | 3 | 0 | 9-2 | 258-219 | 8 |
| 2 | Omiçka | 3 | 2 | 1 | 8-3 | 249-229 | 7 |
| 3 | Dresdner | 3 | 1 | 2 | 3-7 | 213-236 | 3 |
| 4 | Beziers | 3 | 0 | 3 | 1-9 | 207-248 | 0 |
Fanat.az