Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı - Sərəncam

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Fanat.Az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan milli komandasının minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan federasiyaya 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən qitə çempionatının finalında Ukrayna komandasına 2:0 hesabı ilə qalib gələrək son 4 ildə ikinci dəfə Avropa çempionu olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər