Azərbaycan millisiylə matçdan öncə heç-heçə

Azərbaycan millisiylə matçdan öncə heç-heçə

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, beynəlxalq yarışlardan təcrid olunmuş Rusiya yığması uzun fasilədən sonra yoxlama matçına çıxıb və Tacikistanla səfərdə qolsuz heç-heçə edib.

İspaniya yığması İordaniya üzərində inamlı qələbəyə sevinibsə, Portuqaliya Nigeriya seçməsini 4 cavabsız qolla yenib. 

Noyabrın 20-də Azərbaycan milli komandasını qəbul edəcək Şimali Makedoniya yığması isə Finlandiya ilə qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi bu oyunda qalib müəyyənləşməyib.

Yoxlama oyunları 17 noyabr

Peru – Paraqvay 1:0 Nikaraqua – El Salvador 1:0 Qana – İsveçrə 2:0 Anqola – Botsvana 1:0 Yaponiya – Kanada 1:2 Tacikistan – Rusiya 0:0 İordaniya – İspaniya 1:3 Mərakeş – Gürcüstan 3:0 Ruanda – Sudan 0:0 Suriya – Belarus 0:1 Rumıniya – Sloveniya Qvineya-Bisau – Qabon 1:3 Malta – Yunanıstan 2:2 Monteneqro – Slovakiya 2:2 Şimali Makedoniya – Finlandiya 1:1 İsrail – Zambiya 4:2 CAR – Mozambik 2:1 Portuqaliya – Nigeriya 4:0 Lüksemburq – Macarıstan 2:2 İrlandiya – Norveç 1:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər