Azərbaycan millisinin üzvü "Çernomorets"də?

Azərbaycan millisinin üzvü "Çernomorets"də?

Azərbaycan millisinin və “Polesye”nin (Ukrayna) futbolçusu Emil Mustafayev klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "TaToTake" yayıb.

Xəbərə görə, Odessanın “Çernomorets” klubu 22 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəsə də, bu, kluba tətbiq edilən transfer qadağası aradan qaldırıldıqdan sonra mümkün ola bilər. Mənbə Emilin adı açıqlanmayan Azərbaycan klublarından da təklif aldığını vurğulayıb.

Emil ötən ilin mart ayından Azərbaycanın əsas millisinə çağırılır. O, cari mövsüm “Polesye”nin heyətində 12 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər