Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə Dünya Kuboku keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışda 40 ölkədən 1000-ə yaxın idmançı 200, 500, 1000 və 5000 metr məsafədə mübarizə aparacaq.

Dünya Kubokunda Azərbaycanı kanoe üzrə milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Smilovenko 24-26 apreldə Türkiyənin Adana şəhərində təşkil edilmiş “Bahar Kuboku” beynəlxalq yarışında 1000 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizədə qızıl medala sahib olub.

Qeyd edək ki, mayın 16-sı start götürəcək Dünya Kuboku iki gün davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər